Zelenski çətin anlar yaşadı - VİDEO

Rusiya və Ukrayna arasında yaşanan Donbas böhranında hər gün bir yenilik qeydə alınır.

 

Azərforum xəbər verir ki, sərhəddəki hərbçiləri ziyarət edən Ukrayna Prezidenti Vladimir Zelenskinin çətin anlarını “CNN International”ın kamerası lentə alıb.
 
Gərginliyin yaşandığı sərhəd bölgəsini ziyarət edən Zelenskini “CNN International”ın müxbiri Metyu Şans da müşayiət edib və tarixə keçən anları qeydə almaq şansı əldə edib.
 
Kameranın anbaan qeydə aldığı o anlarda Zelenski sərhəddəki səngərləri gəzərkən, separatçıların snayper atəşlərinə hədəf ola biləcək bir yerə gəlir və o anda Ukrayna Prezidenti CNN-in müxbiri və operatoruna qaçmalarını deyir. Saniyələr içində komanda ziqzaqvari hərəkətlərlə təhlükəsiz bir sahəyə irəliləməyə nail olurlar.
 
Müxbir əlavə edib ki, cəbhədə hətta dövlət rəhbəri belə təhlükəsizlikdə deyil.
 
0
705
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar