"Zenit"in futbolçusu Premyer Liqa tarixinə düşdü

Rusiya Premyer Liqası tarixinin bombardiri dəyişib.

Sport7.az xəbər verir ki, bu ada "Zenit"in futbolçusu Artyom Dzyuba sahib çıxıb. 33 yaşlı hücumçu Premyer Liqanın 30-cu turunda "Tambov"la səfər matçının 11-ci dəqiqəsində hesabı açmaqla buna nail olub. Forvard 134-cü qolunu vuraraq Sankt-Peterburq təmsilçisinin sabiq oyunçusu Aleksandr Kerjakovu qabaqlayıb.

"Tambov"la oyun "Zenit"in 4:1 hesablı qələbəsi ilə bitib. Dzyuba həmin görüşdə "poker" edib.
 
"Zenit" daha əvvəl Rusiya çempionluğunu təmin edib. Rusiya Premyer Liqası 2002-ci ildən keçirilir.
 
Sport7.az
0
38
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar