Zərdüşt Əlizadə Gürcüstanda svanların azərbaycanlılara hücumunu şərh etdi

"Gürcüstan hökuməti Azərbaycan dövləti, xalqı ilə xoş, mətin münasibətlərdə maraqlıdır. Bu onlarım milli mənafeyinə cavab verir".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Dmanisi şəhərinin "9 aprel” küçəsi 23-də yerləşən "Ömər” marketdə  azərbaycanlılarla svanlar arasında olan qarşıdurmaya aydınlıq gətirərkən deyib. O bildirib ki, bir neçə nəfərin hansısa azərbaycanlı baqqalın dükanına hücum çəkib dalaşmasının siyasi əhəmiyyəti yoxdur:
 
 

"Əksinə, bunlar Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirmək istəyən adamlardır. Həm gürcü, həm də erməni xalqının bədxaqlarıdır. Gürcü ilə Azərbaycan xalqının inkişafı, dincliyi yalnız iki xalqın sıx dostluq münasibətlərindədir. Bunu anlamayan adamlar gürcü xalqının düşmənlərdir. Dmanisidə baş verən hadisəyə gəlincə, bu xülqanlıqdır. Bir dəstə tərbiyəsiz gənc başqa bir dəstə ilə vuruşur. Bunun heç bir siyasi mənası yoxdur. Bunun siyasətə deyil, tərbiyə və mühitə aidiyyatı var".

Qeyd edək ki, Gürcüstanın Dmanisi şəhərində "Ömər” marketə kütləvi hücum olub. Mağaza sahibi Qəşəm Şamilov hücumu həyata keçirənlərin Dmanisidə yaşayan bir qrup svan (gürcü) əsilli şəxslərin olduğunu bildirib. Bundan başqa mağaza sahib qeyd edib ki, onlar azərbaycanlılara, müsəlmanlara Dmanisidə yer olmadığı ilə bağlı ifadələr də işlədiblər. 

Bahar Rüstəmli
0
103
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar