25 may tarixində Medianın İnkişafı Agentliyində “Albayrak Media Group”unun rəhbəri Ömər Karaca və təmsilçisi Samir Babaoğlu ilə görüş keçirilib. Görüş zamanı MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov qonaqları Azərbaycanda bir müddət əvvəl qəbul edilmiş “Media haqqında” qanun, bu qanunun üstünlükləri, eləcə də ölkədə media reyestrinin yaradılması barədə məlumatlandırıb. Əhməd İsmayılov nümayəndə heyətinə bu reyestrin fəaliyyətə başlamasından sonra Azərbaycan media nümayəndələrinin yararlana biləcəyi imtiyazlar barədə ətraflı məlumat verib. O əlavə edib ki, “Media haqqında” qanuna əsasən onlayn mediada işləyən jurnalistlər də rəsmi status alıb. İcraçı direktor həmçinin türkiyəli həmkarlarını Azərbaycanda media sahəsinin inkişafı üçün atılan addımlar, çap mediası və xəbər saytlarına dəstək proqramları, eləcə də digər təşəbbüslər barədə məlumatlandırıb. Albayrak Media Group”unun rəhbəri Ömər Karaca iki ölkə mediası arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Ömər Karaca həmçinin qeyd edib ki, iki qardaş, dost ölkənin media qurumları arasında aparılan informasiya mübadiləsi hər iki tərəfin xeyrinə olacaq. 
Növbəti "Qızıl top" mərasimi 2022-ci il oktyabrın 17-də Parisdəki "Teatr dü Şatle" salonunda keçiriləcək. 1news.az xəbər verir ki, cari ildə kişilər və qadınlar üçün nominasiyalar, həmçinin ən yaxşı gənc oyunçu və ən yaxşı qapıçı mükafatlarına namizədlərin siyahıları isə avqustun 12-də açıqlanacaq. Qeyd edək ki, ötən il əsas mükafatları PSJ-nin hücumçusu Lionel Messi, "Barselona"nın futbolçusu Aleksiya Putellas, "Barselona"nın yarımmüdafiəçisi Pedri və PSJ-nin qapıçısı Canluici Donnarumma alıb. 1news.az <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
Heydər Əliyev Fondunun dəstəyi ilə milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunub saxlanılması, inkişafı və tanıdılmasına yönələn daha bir layihə həyata keçirilib.  İcrasına 2016-cı ildən başlanılan layihə çərçivəsində hazırlanan “Azərbaycan xalçası-ilmələrin rəqsi” adlı yeni xalça kolleksiyası və eyniadlı kitab iyunun 3-də Heydər Əliyev Mərkəzində təqdim ediləcək. 1news.az-ın verdiyi xəbərə görə, Azərbaycanda xalçaçılıq sənəti əsrlər boyu xalqın məişət və mədəniyyətinin ayrılmaz hissəsi olub və bu günümüzə qədər gəlib çatıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırıqları və qayğısı nəticəsində Azərbaycanda xalçaçılıq sənətinin inkişafı sahəsində bir sıra mühüm sənədlər qəbul edilib, müxtəlif layihələr həyata keçirilib. Heydər Əliyev Fondunun qədim sənətə yeni nəfəs verən kolleksiyasındakı “Yaranış”, “Şikargah”, “Xan ovu”, “Cəng və barış”, “Bəndi-rumi”, “Şəbəkəli”, “Adəm və Həvva, “Ağaclı”, “Narlı“, “Göllü”, “Ləçək-turunc”, “Dörd fəsil”, “Tağlı”, “Cəmadət” xalçaları, “Cənnət quşları” və “Cənnət bağı” dəst xalı-gəbələri bənzərsiz sənət nümunələri kimi ziyarətçilərin marağına səbəb olacaq. Kolleksiyadakı xalçaların hər biri naxışları, ornamentləri vasitəsi ilə ziyarətçiyə öz mesajlarını çatdırır. “Yaranış” əsərində isə xammalın hazırlanmasından xalçanın tam ərsəyə gəlməsinə kimi bütün mərhələlər parlaq bədii dillə öz əksini tapıb. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Yeni kolleksiyanın yaradılmasında Azərbaycanın Xalq rəssamı Eldar Mikayılzadə başda olmaqla 6 rəssam və 14 toxucu iştirak edib. Təbii boyalarla rənglənən xalçalar ipək və yundan toxunub. Burada 170 rəng və çalarlardan istifadə olunub. Müxtəlif rəng çalarlarının əldə olunması üçün toxucular saç kimi nazik ipək ipləri açaraq bir neçə rəngdən yeni bir ip yaradıblar. Xalçaların ərsəyə gəlməsində ecazkar Şəki Xan Sarayı, Şəkixanovların evi, şəbəkələr, təbiətdən gələn naxışlar, zəngin flora və faunamız, təkəlduz tikmələri, zərif zərgərlik məmulatları tükənməz ilham mənbəyi olub, ilmə-ilmə xalçalarda əbədiləşərək öz əksini tapıb. “Azərbaycan xalçası-ilmələrin rəqsi” kolleksiyasına daxil olan əsərlər barədə ətraflı məlumat isə eyniadlı kitabda yer alıb. Nəşrdə oxuculara Azərbaycanda xalça sənətinin tarixi, qədim sənətin yaşadılması üzrə dövlət tərəfindən görülən tədbirlər, yeni kolleksiyanın ərsəyə gəlməsi prosesi barədə materiallar təqdim edilir.
Sabah Gədəbəy, Şəmkir və Yevlax rayonlarının təbii qazla təchizatında fasilə yaranacaq. Bu barədə 1news.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus “Şəmkir-Gədəbəy” yüksək təzyiqli magistral qaz xəttində yaranmış qaz sızmalarının ləğvi və “Aran” QPS-də görüləcək təmir işləri ilə əlaqədar, mayın 26-da saat 10:00-dan etibarən təmir işləri başa çatana qədər “Çənlibel” və “Gədəbəy” QPS-lərdən, “Zəhmət” və “Morul” QTM-lərdən, “Yastı Meşə” və “28 May (Aran)” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir işləri aparılan müddətdə Gədəbəy rayonunun tam olaraq, Şəmkir və Yevlax rayonlarının isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
“Azərbaycan tarixi Zəfəri ilə dünyanın diqqətini ədalətin, beynəlxalq hüququn mövcud olduğu ana yönəltməklə yanaşı, kimin haqqın, ədalətin, kimin isə şərin yanında olduğunu ortaya qoydu. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, 44 günlük İkinci Qarabağ müharibəsi həqiqət anı oldu.  Baxmayaraq ki, həmin vaxtdan bizi ilyarımdan artıq zaman ayırır, günlər keçdikcə tarixi Zəfərimizə gedən yolun təhlilinə, 44 günlük Vətən müharibəsində dövlətimizin qətiyyəti, ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi ilə bərabər, dost, qardaş ölkələrin mənəvi və siyasi dəstəyinin təhlilinə böyük zərurət duyulur. Azərbaycan-Türkiyə, eyni zamanda, Azərbaycan-Pakistan dostluğu, qardaşlığı, tarixi Zəfərimizdən sonra bu birliyin parlamentlər səviyyəsində dünyaya təqdimatı olan Bakı Bəyannaməsi diqqətçəkən, geniş müzakirə olunan və nümunə göstərilən məqamlardan oldu. Qardaş Türkiyə daim Azərbaycanın yanındadır. Tarixi köklərə bağlılıq bu dostluğu, qardaşlığı daha da möhkəmləndirir, liderlərin şəxsi münasibətləri bu əməkdaşlığa yeni çalarlar əlavə edir. Vətən müharibəsinin başlandığı gündən dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla dostluğumuzun, qardaşlığımızın nə qədər sarsılmaz olduğunu, böyük öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” tezislərinin bir daha reallıqda təsdiqinin təqdimatı oldu. İki qardaş ölkənin müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyannaməsində də böyük öndərlərin bu fikirlərinin Türkiyə-Azərbaycan münasibətlərinin əsasında dayandığı xüsusi qeyd olunub.” 1news.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib. Vüqar Rəhimzadə vurğulayıb ki, xalqlarımızın və dövlətlərimizin biri-birinə necə bağlı olduğunu görmək üçün çox da uzaq olmayan tarixə, şanlı Zəfərimizin fonunda yaşanan mühüm hadisələrə və iki qardaş ölkənin birgə qeyd etdikləri təntənəli mərasimlərə diqqət yetirmək kifayətdir: “Qeyd etdiyimiz kimi, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim yeni prioritetlər istiqamətində möhkəmlənir, bütün sahələr üzrə davamlı inkişafı ilə dünyanın diqqətini cəlb edir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca önəmli məqamlardır. Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirir. Azərbaycan Prezidentinin bu günlərdə Türkiyəyə işgüzar səfəri çərçivəsində Rize-Artvin Hava Limanının açılış mərasimində söylədiyi fikirlər də qardaş ölkələrimiz arasında münasibətlərin dünəninə, bugününə və gələcəyinə bir baxış kimi dəyərləndirilməlidir. “Biz hər zaman bir yerdəyik - xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də və İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi… İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir… Savaşın son dəqiqəsinə qədər – Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq” söyləyən dövlət başçısı, eyni zamanda, bu reallığı da diqqətə çatdırdı ki, qardaş Türkiyə gündən-günə güclənir, sürətlə inkişaf edir. Bütün bunların təməlində aparılan uğurlu siyasət, Prezident Rəcəb Tayyib Ərdoğanın böyük əməyi, zəhməti vardır. Türkiyə bu gün nəinki dünya miqyasında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda, ölkə daxilində də böyük layihələr icra etməyə qadirdir.” <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 “Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı inkişaf mərhələsi, müttəfiqliyi, ən əsası tarixi Zəfərin sevincini birgə yaşatmaları, eyni zamanda, qardaş ölkənin bütün sahələrdə uğurlu inkişafı Türkiyənin sabiq baş naziri Binəli Yıldırımın “Vaxtilə Əbülfəz Elçibəy dörd vertolyot istədi, Türkiyə onları verə bilmədi. Bu gün isə Prezident Ərdoğan deyə bildi ki, “Qarabağ sizin haqq işinizdir”. Ərdoğan deyə bildi ki, sizin başınıza gətirilənlər, bizim də başımıza gətirilib. Biz sizin yanınızdayıq. O, bu mesajı bütün dünyaya göndərə bildi” fikirlərinin özündə ehtiva etdiyi bütün məqamların açıqlanmasında yardımçıdır. Reallıq budur ki, bu gün Türkiyə-Azərbaycan münasibətləri tarixin ən yüksək zirvəsindədir. Tarix boyu Türkiyə və Azərbaycan heç vaxt bu qədər bir-birinə yaxın olmayıblar. İstər Vətən müharibəsinin gedişi, istərsə də postmünaqişə dövründə atılan addımlar nümunəvi xarakteri ilə diqqət çəkib. Savaşın getdiyi dövrdə Türkiyənin dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Türkiyə bütün beynəlxalq təzyiqlərə sinə gərərək Azərbaycana qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Bütün bunlar Ermənistana və onun havadarlarına siyasi baxımdan mesaj idi: Türkiyə hər zaman olduğu kimi, Azərbaycanın yanındadır və onun maraqlarını sonadək müdafiə edəcək”,-deyə YAP Xətai rayon təşkilatının sədri vurğulayıb. Vüqar Rəhimzadə qeyd edib ki, bu gün Türkiyə və Azərbaycan ötən əsrin 90-cı illərindəki ölkələr deyil. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi sayəsində öz taleyi, siyasəti, münasibətləri və sair mühüm amillərlə bağlı olaraq özləri qərar verən, maraq və mənafelərini müdafiə etməyi və istənilən təzyiqə müqavimət göstərməyi bacaran güclü dövlətlərdir: “Dövlət başçısı İlham Əliyev Türkiyə və Azərbaycan arasında bundan sonra da müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığın davam etdiriləcəyini bildirir. Postmünaqişə dövründə ordumuzun gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan inamlı addımlar bunu bir daha təsdiq edir. İki qardaş ölkənin keçirdiyi birgə təlimlər də ordumuzun döyüş qabiliyyətinin daha da artırılmasında əhəmiyyətli rol oynayır. Bu mühüm məqamı da unutmayaq ki, cənab İlham Əliyev Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yaradılması ilə Türk Silahlı Qüvvələrinin Qarabağ bölgəsinə, Azərbaycan torpağına gəlməsini tarixi hadisə adlandırmışdı. Azərbaycan dövləti bütün məsələlərdə Türkiyənin yanında olmasını atdığı hər addımında, irəli sürdüyü təşəbbüslərində, verdiyi qərarlarında təsdiqləyir. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə start verilən ilk gündən dövlət başçısı İlham Əliyev bu çağırışı etmişdir ki, dost, qardaş ölkələr bu prosesdə də fəal iştirak edəcək, onları yanımızda görmək istəyirik. Hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpası işində ən başlıca rolu Türkiyə şirkətləri oynayır. O da məlumdur ki, ötən ilin oktyabrında istifadəyə verilən, Qarabağın dünyaya açılan hava qapısı kimi dəyərləndirilən Füzuli Beynəlxalq Hava Limanının inşası iki qardaş ölkənin mütəxəssislərinin birgə səyləri nəticəsində həyata keçirildi. Beynəlxalq standartlara tam cavab verən bu aeroportun açılışı Azərbaycan və Türkiyə prezidentlərinin birgə iştirakı ilə keçirildi. İki dost ölkənin müştərək investisiya layihəsi olan “Dost Aqropark”ın Zəngilanda təməlinin qoyulmasını da xüsusi qeyd etməliyik.” YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, Azərbaycan və Türkiyə arasında əlaqələrin bu səviyyədə inkişafı təkcə bu dövlətlərin deyil, həm də regionun ümumi tərəqqisinə, Cənubi Qafqazda sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Bu birlik regionda sabitliyin, təhlükəsizliyin qarantıdır. Birgə reallaşdırılan enerji və nəqliyyat layihələri dövlətləri, xalqları birləşdirir, əlaqələrin inkişafı fonunda çoxtərəfli əməkdaşlığa geniş imkanlar açır. İki ölkənin dostluğunu, qardaşlığını, müttəfiqliyini bundan sonra daha da möhkəmləndirəcək yeni-yeni sənədlərə imza atılacaq. “Dünya Azərbaycan və Türkiyə qardaşlığının daha bir təntənəsinə şahidlik edəcək” söyləyən Vüqar Rəhimzadə bildirib ki, mayın 26-da Bakıda başlayacaq “TEKNOFEST Azərbaycan” festivalının proqramı biri-birindən maraqlı müsabiqələrlə, əyləncəli tədbirlərlə zəngindir. Mayın 29-dək davam edəcək festivalın sərgi hissəsində insan zəkasının məhsulu olan son texnoloji yeniliklər nümayiş etdiriləcək. Festival çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyənin “Türk Yıldızları” və “Solo Türk” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları təşkil olunacaq. Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı əbədidir, sarsılmazdır, dünyaya nümunədir. 
1news.az
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 9 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb. İndiyədək ölkədə ümumilikdə 792 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 969 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib. 53 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 290, bu günə qədər isə ümumilikdə 6 880 431 test icra olunub. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Latviya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. 1news.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti Fərman imzalayıb. Fərmanla 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Latviya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Latviya Respublikası Hökumətinə bildiriş göndərməlidir. 
1news.az
Mayın 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar ilə görüşüb. 1news.az xəbər verir ki, qonağı salamladıqdan sonra müdafiə naziri iki ölkə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin inkişaf etdiyini və möhkəmləndiyini bildirib. Ölkə rəhbərlərinin dostluq münasibətlərinin dövlətlərimiz arasında əlaqələrin inkişafında mühüm rol oynadığını xüsusi vurğulayan general-polkovnik Z.Həsənov bu cür görüşlərin qarşılıqlı əməkdaşlığımızın genişləndirilməsi baxımından vacibliyini qeyd edib. Görüşdə bu il “Texnofest Azərbaycan” festivalının Bakıda keçirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb. Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
Mayın 25-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu arasında görüş keçirilib. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən 1news.az-a bildiriblər ki, görüşdə şöbə müdiri ölkəmizdə siyasi dialoq mədəniyyətinin və cəmiyyətin inkişafı naminə həyata keçirilən iqtidar-müxalifət əməkdaşlığının keçmişi, bu günü və perspektivlərindən söz açıb, siyasi tariximizin zənginləşməsində, dövlətçiliyimizin möhkəmlənməsində siyasi partiyaların rolunun önəmli olduğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasi islahatlar nəticəsində siyasi partiyaların fəaliyyəti üçün geniş zəmin yaradıldığı, həmçinin siyasi partiyaların qərargahla təmin olunması, qurultaylarının nəticələrinin dövlət qeydiyyatına alınması, fəaliyyətlərinin legitimləşdirilməsi, ölkədə fəaliyyət göstərən dövlət və özəl media resurslarına maneəsiz çıxış imkanlarının yaradılması, ölkədə milli və siyasi həmrəyliyin təmin olunması, yeni siyasi partiyaların dövlət qeydiyyatına alınması və digər məsələlər yeni siyasi konfiqurasiyanın əsas konturları kimi qeyd olunub. Şöbə müdiri, həmçinin əksər siyasi partiyaların sağlam iqtidar-müxalifət dialoqunun və çoxpartiyalı siyasi sistemin inkişafına öz töhfəsini verdiklərini qeyd edib. Prezident İlham Əliyevin “indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq olmadan həyata keçirilə bilməz...Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır” fikirlərinin real nəticələr verdiyinə diqqət çəkən Ədalət Vəliyev bu prosesdə Gələcək Azərbaycan Partiyasının fəal iştirak edəcəyinə əminliyini bildirib. Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu öz növbəsində ölkəmizdə aparılan siyasi dialoqu və dialoq çərçivəsində görülmüş işləri yüksək qiymətləndirib, ölkəmizin rifahını və dövlətimizin güclənməsini istəməyən azsaylı radikal şəxslərin arzuolunmaz fəaliyyətindən bəhs edib. Uğurlu xarici siyasət nəticəsində Azərbaycanın dünyanın ən fərqli geosiyasi qütbləri ilə münasibətlərini qoruduğu, beynəlxalq güc mərkəzlərindən gələn təzyiqləri neytrallaşdırdığı və bütün bunların nəticəsində sabitliyin hökm sürdüyü əməkdaşlıq məkanına çevrildiyi qeyd olunub. Bildirilib ki, bu gün ölkəmizdə siyasi baxışlarından asılı olmayaraq, dövlətimizin güclənməsini, xalqımızın sosial rifahının daha da yaxşılaşmasını istəyən hər bir vətənpərvər şəxs Azərbaycanın uğurlarına sevinməli, bu uğurların davamlı olması üçün özü də əlindən gələni əsirgəməməlidir. Bu işdə Gələcək Azərbaycan Partiyası da öz köməyini göstərməyə daim hazırdır. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Sonda tərəflər konstruktiv əməkdaşlığın əhəmiyyətini nəzərə alaraq, bu işi sistemli şəkildə davam etdirmək barədə fikir mübadiləsi aparıblar. Mayın 22-də Brüsseldə Azərbaycan və Ermənistan rəhbərləri arasında keçirilmiş görüş yüksək qiymətləndirilib, iki ölkə arasında sərhədin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılmasını regionda sülhün və təhlükəsizliyin təmin olunmasında vacib rol oynayacağı bildirilib.
Ölkəmizdə səfərdə olan “TEKNOFEST” İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar qırıcı təyyarə ilə Bakı səmasında uçub. 1news.az xəbər verir ki, bu barədə S.Bayraktar özü sosial şəbəkə hesablarında yazıb. “MiQ-29 ilə AKINCI-nın qolunda TEKNOFEST üçün Bakı üzərində uçmaq hissi təsvirolunmazdır...” – deyə, o,qeyd edib. <iframe allow="autoplay;" clipboard-write; encrypted-media; picture-in-picture; web-share" allowfullscreen="true" frame height="314" scrolling="no" src="https://www.facebook.com/plugins/video.php?height=314&href=https%3A%2F%2Fwww.facebook.com%2FSELCUKBAYRAKTAR1979%2Fvideos%2F395521639256562%2F&show_text=false&width=560&t=0" style="border:none;overflow:hidden;" width="560"> <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
Prezident İlham Əliyev "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası"nın təsdiqlənməsi ilə bağlı fərman imzalayıb. 1news.az həmin şərt və qaydaları təqdim edir: 1. Ümumi müddəalar 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaimə-faktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 1.5. Alıcı eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Alıcının eyni binadan sahəsi 500 kvadratmetrdən artıq olan bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi alması zamanı yaşayış və ya qeyri-yaşayış sahələrinin bir kvadratmetrinin satış qiyməti fərqli olduqda, ƏDV-nin qaytarılması məqsədilə 500 kvadratmetr hissə müəyyən edilərkən bir kvadratmetrinin satış qiyməti daha yüksək olan yaşayış və ya qeyri-yaşayış sahəsi əsas götürülür. 1.6. Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. 2. Əsas anlayışlar 2.0. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.0.1. fiziki şəxs – Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxs; 2.0.2. alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı; 2.0.3. satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs; 2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); 2.0.5. risk qiymətləndirilməsi – məlumatların toplanması, vahid elektron məlumat bazasının yenilənməsi, risklərin təhlili, müvafiq proseslər və onların nəticələrinin mütəmadi monitorinqi yolu ilə risklərin müəyyən edilməsi, onların təhlükəlilik ehtimalının və dövlətin iqtisadi, sosial və digər maraqlarına dəyə biləcək ziyanın dərəcəsinin qiymətləndirilməsi; 2.0.6. müvəkkil bank – ƏDV-nin qaytarılması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən bank və ya banklar; 2.0.7. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi; 2.0.8. portal – bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi; 2.0.9. vahid məlumat bazası – operator tərəfindən idarə olunan, bu Qaydada nəzərdə tutulmuş hallarda nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün məlumatların inteqrasiya olunduğu vahid sistem. 3. Operator 3.1. Operator: 3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 3.1.2. aşağıdakı tələblərə cavab verən proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini təmin edir: 1. alıcıya təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturaların tərtib edilməsi və həmin elektron qaimə-fakturalar barədə məlumatların vahid elektron məlumat bazasına ötürülməsi; 2. alıcıların ƏDV-nin qaytarılması ilə bağlı müraciətlərinin real vaxt rejimində qəbulu və emal edilməsi; 3. alıcının portal üzərindən daxil etdiyi məlumatlarla satıcının tərtib etdiyi elektron qaimə-fakturanın məlumatlarının eyniləşdirilməsi; 3.1.3. proqram təminatının və portalın daim işlək vəziyyətdə saxlanılmasını və fasiləsiz fəaliyyətini təmin edir; 3.1.4. portaldan istifadəyə dair istifadəçi təlimatını portalda yerləşdirir. 4. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinin rəsmiləşdirilməsi 4.1. Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. 4.2. Elektron qaimə-fakturada aşağıdakı məlumatlar göstərilir: 4.2.1. elektron qaimə-fakturanın seriyası, nömrəsi və tarixi; 4.2.2. satıcının tam adı, VÖEN-i və təsərrüfat subyektinin (obyektinin) ünvanı; 4.2.3. alıcının soyadı, adı və atasının adı; 4.2.4. alıcının şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verildiyi yer; 4.2.5. alıcının vətəndaşı olduğu ölkənin adı (vətəndaşlığı olmayan şəxsin daimi yaşadığı ölkənin adı); 4.2.6. obyektin tikintisinə icazə sənədinin rekvizitləri; 4.2.7. tikinti obyektinin istismarına icazə sənədinin (olduğu halda) rekvizitləri; 4.2.8. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi barədə sənədin rekvizitləri; 4.2.9. binanın təqdim edilmiş tərkib hissəsinin növü (yaşayış və qeyri-yaşayış sahəsi); 4.2.10. tərkib hissəsi təqdim edilmiş binanın ünvanı; 4.2.11. yaşayış və qeyri-yaşayış sahələrinin yerləşdiyi mərtəbə və mənzilin nömrəsi; 4.2.12. binanın təqdim edilmiş tərkib hissəsinin yaşayış və qeyri-yaşayış sahələri olmasını göstərməklə, hər birinin sahəsi (kvadratmetrlə); 4.2.13. təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin 1 (bir) kvadratmetrinin satış qiyməti, ƏDV-siz (manatla); 4.2.14. binanın təqdim edilmiş tərkib hissəsinin dəyəri, ƏDV-siz (manatla); 4.2.15. vergi tutulan əməliyyatlardan hesablanmış ƏDV (manatla); 4.2.16. cəmi məbləğ (manatla); 4.2.17. yekun; 4.2.18. qaytarılacaq ƏDV-nin məbləği (manatla); 4.2.19. satıcının səlahiyyətli şəxsinin imzası, adı, soyadı və vəzifəsi; 4.2.20. alıcının imzası, adı və soyadı; 4.2.21. satıcının bank hesabının nömrəsi. 5. ƏDV-nin qaytarılması 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı; 2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi; 3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. 5.4. Alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir. Alıcı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman operatorun müraciətə baxması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət operator tərəfindən alıcının müraciətinə baxılma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə alıcının müraciətindən sonra müddətin axımı bərpa olunur. 5.5. Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.6. Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. 5.7. Müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır. 5.8. Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir. 5.9. Müvəkkil bank bu Qaydaya əsasən qaytarılmış ƏDV məbləği barədə məlumatı ƏDV-nin qaytarıldığı tarixdən 3 (üç) iş günü müddətində vahid məlumat bazası üzərindən operatora ötürür. 5.10. Operator hər ay qaytarılan ƏDV məbləği ilə bağlı növbəti ayın 10-dan gec olmayaraq müvəkkil bankla üzləşmə aparır və tərəflər arasında üzləşmə aktı imzalanır. 5.11. Operator bu Qaydanın 5.10-cu bəndində nəzərdə tutulan məbləğə dair rəyini ƏDV məbləğinin müvəkkil banka qaytarılması üçün üzləşmə aktı imzalandıqdan sonra 5 (beş) iş günü müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir. 5.12. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qaydanın 5.11-ci bəndində nəzərdə tutulmuş rəy və üzləşmə aktı daxil olduqdan sonra 3 (üç) iş günü müddətində həmin məbləğin müvəkkil banka köçürülməsini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan ƏDV üzrə faktiki mədaxilin həmin məbləğ həddində azaldılması hesabına təmin edir. 5.13. Alqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya digər səbəblərlə əlaqədar alıcının dəyişməsi zamanı (yeni alıcı tərəfindən əvvəlki alıcının ödədiyi məbləğ nəzərə alınmaqla qalıq məbləğin ödənilməsi davam etdirildiyi halda) satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı elektron qaimə-fakturalarda yeni alıcının adına dəqiqləşdirmə aparır. 5.14. Alqı-satqı müqaviləsi ləğv edildikdə, satıcı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə elektron qaimə-fakturanı ləğv etməklə bağlı müvafiq qeydlər aparır. Alıcı ƏDV-ni geri aldıqdan sonra alqı-satqı müqaviləsi ləğv edildikdə, satıcı yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyərini və qaytarılan ƏDV məbləği çıxılmaqla qalan ƏDV-nin məbləğini alıcıya qaytarır. Satıcı tərəfindən alqı-satqı müqaviləsinin ləğvi ilə əlaqədar Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada müvafiq dəqiqləşdirmə aparılır və müvafiq hesabat (o cümlədən, dəqiqləşdirilmiş hesabat) Dövlət Vergi Xidmətinə təqdim edilir. 6. Keçid müddəası 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarmbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. 
6.2 Bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş hallar üzrə alıcıların müraciətləri vergi orqanı tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq araşdırılır və risklər müəyyən edilmədiyi halda, ƏDV-nin alıcının bank hesabına köçürülməsi barədə məlumat portal vasitəsilə deyil, fərdi qaydada müvəkkil banka göndərilir. Bu barədə alıcıya məlumat verilir.
Ölkəmizdə səfərdə olan “TEKNOFEST” İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar qırıcı təyyarə ilə Bakı səmalarında uçub. 1news.az xəbər verir ki, bu barədə S.Bayraktar özü sosial şəbəkə hesablarında yazıb. “MiQ-29 ilə AKINCI-nın qolunda TEKNOFEST üçün Bakı üzərində uçmaq hissi təsvirolunmazdır...” – deyə, o,qeyd edib. <iframe allow="autoplay;" clipboard-write; encrypted-media; picture-in-picture; web-share" allowfullscreen="true" frame height="314" scrolling="no" src="https://www.facebook.com/plugins/video.php?height=314&href=https%3A%2F%2Fwww.facebook.com%2FSELCUKBAYRAKTAR1979%2Fvideos%2F395521639256562%2F&show_text=false&width=560&t=0" style="border:none;overflow:hidden;" width="560"> <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
Azərbaycan və Türkiyədən ümumilikdə 30 komanda final mərhələsinə vəsiqə qazanaraq mübarizəyə başlayır. 1news.az xəbər verir ki, Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə 26-29 mayda Bakıda ilk dəfə olaraq keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində “Smart Qarabağ” Hakatonu təşkil olunur. Azərbaycan və Türkiyə təmsilçilərindən ibarət 30 komanda finalda mübarizə aparmaq hüququ qazanaraq işğaldan azad olunmuş Qarabağın normal regiona transformasiyası istiqamətində “Ağıllı həllər” təklif edəcəklər. “AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizov iştirakçıları salamlayaraq “Smart Qarabağ” Hakatonunun əhəmiyyəti barədə ətraflı məlumat verib. Elxan Əzizov bildirib ki, bu hakatonun keçirilməsində əsas məqsəd işğaldan azad edilmiş Azərbaycan ərazilərində “Ağıllı şəhər” həllərinin tətbiq edilməsi, bu ərazilərin rahat, qənaətcil, ekoloji təmiz regiona transformasiyası, sakinlər və sahibkarlar üçün münbit ekosistemin yaradılması və kənd təsərrüfatı üçün daha səmərəli şəraitin qurulmasına töhfə verməkdir. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Qeyd edilib ki, hakatonun finalçıları arasında 20 Azərbaycan və 10 Türkiyə komandası mübarizə aparır. Hər bir komandaya hakatonun anbarında mövcud olan avadanlıqların və proqramların spesifikasiyası təqdim olunub və fasiləsiz olaraq 50 saat davam edəcək marafona start verilib. 
Finalçılar iş prosesində əşyaların interneti (Internet of things), tətbiqi proqramlaşdırma interfeysi (Application Programming Interface), süni intellekt (Artificial Intelligence), bulud hesablama xidmətləri (Cloud Computing Services), idarəetmə panelləri (Dashboards), maşın öyrənməsi (Machine Learning), maşınlararası qarşılıqlı əlaqə (Machine-to-Machine Communications), “Mesh” şəbəkələr (Mesh Networks) və digər texnologiyaların üstünlüklərindən faydalanırlar.
Azərbaycanın işgüzar turizm imkanları mayın 25-də İstanbul şəhərində işinə başlayan “ACE of MICE” beynəlxalq turizm sərgisində nümayiş etdirilir.  1news.az xəbər verir ki, Sərgidə ölkəmizi Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə turizm agentlikləri, hotellər, Bakı Konqres Mərkəzi, Heydər Əliyev Mərkəzi və “Azərbaycan Hava Yolları” QSC daxil olmaqla 13 təşkilat təmsil edir. Sərgi çərçivəsində Azərbaycanda işgüzar tədbirlər təşkil etməkdə maraqlı olan və işgüzar turizm üzrə ixtisaslaşmış şirkətlər və qurumlarla ikitərəfli görüşlər keçirilir, ölkəmizin bu sahədə potensialı tanıdılır. Görüşlərdə beynəlxalq tədbirlərin və biznes görüşlərin keçirilməsi üçün geniş və müasir imkanlara malik Qafqazın ən böyük konqres mərkəzi hesab olunan Bakı Konqres Mərkəzi, Heydər Əliyev Mərkəzi və Bakı Ekspo Mərkəzi kimi beynəlxalq səviyyəli məkanlar haqqında məlumatlar diqqətə çatdırılır. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Sərgidə Türkiyə Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) İdarə Heyətinin sədri Firuz Bağlıkaya Azərbaycan stendini ziyarət edərək Azərbaycanın Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Bəhruz Əsgərovla fikir mübadiləsi aparıb və sərgi iştirakçılarına uğurlar arzulayıb. “ACE of MICE” sərgisində maraqlı tərəflərlə, həmçinin Bakı şəhəri və regionlarda yerləşən orta və irimiqyaslı işgüzar tədbirlər keçirmək imkanına malik turizm infrastrukturları və hotellər, o cümlədən Qarabağın turizm potensialı haqqında məlumatlar bölüşülür. İstanbul Konqres Mərkəzində “Türk Hava Yolları” tərəfindən təşkil olunan sərgi mayın 27-dək davam edəcək. İşgüzar turizm imkanlarının tanıdılmasında əsas məqsəd beynəlxalq konqres, konfrans, forum və biznes görüşləri kimi işgüzar tədbirləri ölkəmizə cəlb etməklə, işgüzar məqsədlərlə səfər edənlərin sayının artırılmasına nail olmaqdır. Qeyd edək ki, Azərbaycan Turizm Bürosu tərəfindən bu sahənin təbliğatı və Azərbaycana böyükmiqyaslı tədbirlərin cəlb olunması məqsədilə müxtəlif dövlət qurumları və özəl sektorla əməkdaşlıq edilir. Sayca 9-cu olan “ACE of MICE” beynəlxalq turizm sərgisi dünyanın üçüncü ən böyük konqres, toplantı və tədbir sərgisi hesab olunur. 
Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalçaların təqdimatı və xalça motivləri əsasında hazırlanan geyimlərin defiləsi keçiriləcək. Fonddan 1news.az-a verilən məlumata görə, iyunun 3-də Heydər Əliyev Mərkəzindəki təqdimat zamanı “AFFFAIR" markasının təsisçisi Rüfət İsmayılın qədim çeşnilər - “Açma-yumma”, “Qarabağ”, “Naxçıvan”, “Ovçuluq”, “Pazırıq” xalçalarının elementlərindən ruhlanaraq hazırladığı dizaynlar əsasında “Azərxalça” ASC-nin kreativ komandasının ərsəyə gətirdiyi yeni xalçalar və “Sumakh” deyim kolleksiyası nümayiş etdiriləcək. Dünyanın ən qədim xalçaçılıq mərkəzi olan Azərbaycanda bu sənət növü əsrlər boyu nəsildən-nəslə ötürülüb, müasir dövrədək qorunub saxlanılıb. Xalça motivləri hər zaman yeni ideyaların, əsərlərin yaranmasına təkan verib. Azərbaycanda xalçaçılıq məktəbinin yaşadılması və inkişafına, eləcə də dünyada tanıdılmasına dəstək göstərən Heydər Əliyev Fondu bu istiqamətdə Azərbaycanda və xaricdə bir sıra layihələr, sərgilər təşkil edib. UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilən Azərbaycanın ənənəvi xalçaçılıq sənəti yeni layihələrdə yenə də zövqləri oxşayır. Heydər Əliyev Fondunun dəstəyi ilə dizayner-modelyer Rüfət İsmayılın Azərbaycan xalçalarının motivləri, zəngin rəngləri və naxışlarından bəhrələnərək yaratdığı və Azərbaycanın Qarabağ zəfərinə həsr olunan “Sumakh” kolleksiyası da bu baxımdan diqqət çəkir. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 “AFFFAIR in Carpets” adlı nümayişdə "Sumakh Haute Couture" və "Sumakh Affordable Luxury" kolleksiyasından 50-ə yaxın qeyimin defiləsi keçiriləcək. Qeyd edək ki, "Sumakh Haute Couture" bu günədək Paris və Moskvada nümayiş etdirilib. "Sumakh Affordable Luxury" kolleksiyası isə ilk dəfə məhz Bakıda təqdim olunacaq. Kolleksiyaya daxil olan 5 məşhur xalça motivi əsasında yaradılan əsərlər isə xüsusən diqqət çəkir: “Açma-yumma” xalçası Qarabağ xalçaları arasında bədii xüsusiyyətləri ilə fərqlənir və “Açma-yumma” xalçaları silsiləsindən olan naxışlar kompleksinin bir hissəsidir. Gözəlliyi ilə fərqlənən daha bir əsərin elementləri “Qarabağ” xalçasından qaynaqlanıb. İlk baxışdan təkrar elementlərdən ibarət olan həmin kompozisiya sıralanaraq kəhkaşana qərq olur. “Naxçıvan” adlı əsər Qarabağ xalçaçılıq məktəbinin nümunəsi olan xalçanın müxtəlif elementlərindən, o cümlədən “Xətai” və “Çələbi” xalçalarının naxışlarından da istifadə olunaraq yeni bədii kompozisiyadan yaranıb. Qarabağın “Ovçuluq” xalçalarına aid olunan elementlərin gözəlliyindən ruhlanan rəssam Azərbaycan və Yaxın Şərq sənətkarlıq məktəblərində geniş yer tapmış “Bəndi-Rumi” kompozisiyasının elementlərindən istifadə edərək şəbəkə tərkibli bədii kompozisiyanı yaradıb. “Pazırıq” adlanan əsər türk soyuna aid edilən və dünyanın ən qədim xalçası sayılan (2500 il), Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitaj muzeyində saxlanılan eyniadlı xalçanın mərkəzi elementlərindən qaynaqlanıb. 
Azərbaycan xalçalarından, xüsusilə də Qarabağ xalçaçılıq məktəbindən ruhlanaraq ərsəyə gələn layihənin məqsədi həm də tarixi ənənələri müasir istiqamətlərdə yaşatmaqdır.
Mayın 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Qazaxıstan Respublikasının xarici işlər naziri Muxtar Tleuberdı arasında telefon danışığı olub. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən 1news.az-a bildiriblər ki, nazirlər iki ölkə arasında mövcud olan geniş ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar. Eyni zamanda, çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri müzakirə edilib. Nazirlər regional məsələlər, xüsusilə iqtisadi, nəqliyyat və logistika sahələrində əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Türkiyənin Konya şəhərində "Anadolu Qartalı-2022" (“Anatolian Phoenix-2022”) beynəlxalq taktiki uçuş təlimləri uğurla davam edir. 1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, manevrdə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus üç şəxsi heyət komandasından ibarət 2 "Mi-17-1V" çoxtəyinatlı helikopterləri də nümayiş olunur. Təlimlərin əsas məqsədi, xilasetmə və havadan yardım hərakatına nəzarəti, yaxından hava dəstəyini, hərəkət dinamikasını gücləndirmək və iştirak edən dövlətlər arasında hərbi hava qüvvələri sahəsindəki birgə əməkdaşlığı genişləndirməkdən ibarətdir. Qeyd edək ki, builki manevrdə Türkiyə və Azərbaycanla yanaşı, Polşa və Şimali Kipr Türk Respublikası da iştirak edir. Təlim mayın 27-dək davam edəcək. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 24-25-də Quba Rayon Polis Şöbəsində növbəti qəbul keçirib. Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Daxili işlər naziri əvvəlcə Quba şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib, önünə gül dəstəsi qoyub. Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Quba, Qusar, Şabran, Siyəzən, Xızı, Xaçmaz rayonlarından gələn 72 vətəndaşı qəbul edən nazir onların müraciətlərini dinləyib, problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb. Qəbula gələn vətəndaşlar onlara göstərilən diqqət və qayğıya, dövlət qurumlarının rəhbərləri tərəfindən ərizə və müraciətlərinə operativ yanaşılmasına görə ölkə Prezidentinə minnətdarlıq ediblər. Daha sonra general-polkovnik V.Eyvazov şimal bölgəsi üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib. Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. Xidmətə qəbulun şərtlərinə uyğun gələn 101 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 37-si Vətən müharibəsi iştirakçısı, 7-si isə şəhid ailələrinin üzvləri olublar. Sonda daxili işlər naziri, general-polkovnik V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha effektiv tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib. <iframe allow="accelerometer;" autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="" frame height="674" src="https://www.youtube.com/embed/qxIVzMX0f28" title="YouTube" video player" width="1198"> 
Braziliya polisinin Rio-de-Janeyroda keçirdiyi reyd zamanı azı 21 nəfər ölüb. 1news.az xəbər verir ki, bu barədə yerli "Globo" telekanalı məlumat yayıb. Qeyd olunur ki, ştatın hərbi polisinin xüsusi təyinatlıları ilə Federal polisin meqapolisin şimalındakı favelalardakı birgə əməliyyat fəaliyyətləri çərşənbə axşamı səhər tezdən başlayıb və hələ də davam edir. Məqsəd ölkənin ən böyük mütəşəkkil cinayət qruplarından biri olan "Komando Vermlyo"nun yerli liderlərini ələ keçirməkdir. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının məlumatına görə, mütəşəkkil cinayətkar dəstənin liderlərinin gizləndiyi əraziyə basqın nəticəsində quldur dəstəsinin üzvü olduğu ehtimal edilən 12 nəfər məhv edilib. Daha səkkiz nəfərin şəxsiyyəti hələ müəyyən edilməyib. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Yerli KİV-in məlumatına görə, 41 yaşlı yerli sakin də xüsusi əməliyyatın təsadüfi qurbanı olub, daha 5 nəfər yaralanıb. 
1news.az
2022-ci ilin aprel ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 121 min nəfərdən çox olub.
Dövlət Sosial Müdafiə Fondundan 1news.az-a verilən xəbərə görə, onların 18,2%-ni kişilər, 81,8%-ni isə qadınlar təşkil edib.