Ölümün insanı harada və neçə yaşında yaxalayacağı bəlli olmur. Eyni zamanda insanın sosial və inzibati statusunun da ölüm qarşısında elə bir önəmi qalmır.
Azərbaycanda da bir sıra yüksək vəzifəli məmurlar var ki, ömürlərinin sonuna qədər öz vəzifələrini icra ediblər. Onlar elə vəzifədə olduqları vaxtda dünyadan köçüblər.
Milli.Az bizim.media-ya istinadən vəzifədə olarkən dünyasını dəyişən yüksək vəzifəli məmurları araşdırıb.
Yavər Camalov
1949-cu ildə anadan olan Yavər Camalov 2006-2018-ci illərdə müdafiə sənayesi naziri olub. Yavər Camalov 16 oktyabr 2009-cu ildə Prezident İlham Əliyevin sərəncamına əsasən ölkənin iqtisadi inkişafındakı xidmətlərinə görə Şöhrət ordeni ilə təltif edilib. Lakin ömrünün sonun yaxın səhhətində yaranan problemlər səbəbindən İsrailə gedib və iyunun 23-də 68 yaşında dünyasını dəyişib.
Azad Rəhimov
2005-2021-ci illərdə gənclər və idman naziri olmuş Azad Rəhimov da ömrünün son aylarını xəstəliklə mübarizə aparıb. O, 2021-ci ilin yanvar ayından ağciyər xərçəngindən və qaraciyər serozundan müalicə alırdı. Azad Rəhimov, 30 aprel 2021-ci ildə ABŞ-ın Nyu-York şəhərində müalicə aldığı xəstəxanaların birində 57 yaşında dünyasını dəyişib.
Natiq Əliyev
Vəzifədə ikən dünyadan köçmüş digər nazir isə Natiq Əliyevdir. O, 1993-2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti, 2005-2013-cü illərdə isə Azərbaycan Respublikasının Sənaye və Energetika naziri olub. Həmi ildən, vəfat ediyi 2017-ci ilə qədər Natiq Əliyev Azərbaycan Respublikasının Energetika naziri vəzifəsində çalışıb. Natiq Əliyev 2017-ci il iyunun 8-i Türkiyənin İstanbul şəhərində müalicə olunduğu xəstəxanada ömrünün 69-cu ilində vəfat edib.
Fəttah Heydərov
1983-1990-cı illərdə Naxçıvan MSSR, 1990-1995-ci illərdə Naxçıvan MR-in mədəniyyət naziri olmuş Fəttah Heydərov, 1995-ci ildən vəfat etdiyi 2020-ci ilədək Milli Məclisin deputatı olub. O, həm də Hesablayıcı Komissiyanın, eləcə də Ağsaqqallar Şurasının sədri idi. Fəttah Heydərov 2020-ci ilin avqustunda 82 yaşında dünyasını dəyişib.
Abbas Ələsgərov
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədri Abbas Ələsgərov da vəzifədə olarkən dünyasını dəyişənlərdəndir. O, 2007-2018-ci illərdə müvafiq komitəyə sədrlik edib. Azərbaycan Respublikasının əməkdar memarı olan Abbas Ələsgərov 80 yaşında vəfat edib.
Arif Vəliyev
Arif Vəliyev 1993-cü ildə 2014-cü ilə qədər Dövlət Statistika Komitəsinin sədri olub. O, fəaliyyətinə görə bir sıra ali mükafatlarla, eləcə də "Şöhrət" ordeni ilə təltif olunub. 21 il boyunca DSK-ya rəhbərlik edən Arif Vəliyev də uzun sürən xəstəlikdən sonra 71 yaşında həyata gözlərini əbədi yumub.
Milli.Az
Meksikanın Xeres-de-Qarsiya Salinas şəhərində bir qrup naməlum şəxs bara silahlı basqın edib.
Məlumata əsasən, silahlıların barı atəşə tutması nəticəsində 7 nəfər həlak olub, 6 nəfər isə xəsarət alıb.
Bildirilib ki, regional prokurorluq silahlı insidentlə bağlı istintaq başladıb. Hadisə ilə bağlı digər təfərrüatlar barədə məlumat verilmir.
Şəhərin meri Xose Umberto Salazar Kontreras həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.
Şənbə günü axşam saatlarında İsfahan şəhərinin mərkəzində İranın Müdafiə Nazirliyinə aid hərbi obyektə dron hücumu edilib.
APA “Al Arabiya” nəşrinə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
Bəyanatda hadisə “uğursuz hücum” kimi qeyd edilib.
Nazirlik hücumun məsuliyyətini heç bir konkret ölkə və ya qrupa aid etməyib.
“Yanvarın 28-i axşam saat 23:30 radələrində Müdafiə Nazirliyinin emalatxana komplekslərindən birinə dronlardan istifadə etməklə uğursuz hücum həyata keçirilib. Bir dron hava hücumundan müdafiə vasitələri ilə vurulub, digər ikisi isə müdafiə sistemləri vasitəsilə partladılıb”, - bəyanatda deyilir.
“Xoşbəxtlikdən, bu uğursuz hücum heç bir insan itkisinə səbəb olmayıb və emalatxananın damına cüzi ziyan vurub” deyə nazirlik əlavə edib.
Daha əvvəl İsfahan qubernatorunun müavini şəhərdə güclü partlayış səsi eşidilməsi xəbərindən sonra Müdafiə Nazirliyinə bağlı obyektdə partlayış baş verdiyini təsdiqləyib.
Bundan başqa, sosial şəbəkələrdə Təbriz, Rəşt, Həmədan və digər şəhərlərdə hava hücumlarının əks olunduğu videolar paylaşılıb.
Futbol aləmində adından söz etdirən və çıxışları ilə futbolsevərlərin diqqətini çəkən bəzi futbolçular törətdikləri cinayətlərə görə həbs olunub.
Lent.az xarici mediaya istinadla yaxınlarda həbsdə olan Dani Alveşlə yanaşı, əvvəllər cinayət törədən və cəzalandırılan futbolçuları və onların səbəblərini təqdim edir.
Braziliyanın ən önəmli ulduzlarından biri hesab edilən Dani Alveş dekabrın 30-da 23 yaşlı qızı tualetdə zorlamaqda ittiham olunaraq Barselonada 15 saylı birinci instansiya məhkəməsinin rəhbərinin göstərişi ilə həftəsonunu girov olmadan müvəqqəti həbsxanada keçirib.
Ronaldinyo
Dünya futbol tarixinin ən böyük istedadlarından biri hesab edilən Ronaldinyo saxta pasport daşıdığı üçün Paraqvayda 171 gün həbs edilib.
Adam Conson
İngilis futbolçu azyaşlı ilə cinsi əlaqədə olduğu üçün 6 il müddətinə azadlıqdan məhrum edilib.
Benjamin Mendi
"Mançester Siti"nin keçmiş oyunçusu 2021-ci ildə müxtəlif zorlama və cinsi təcavüz ittihamları ilə həbsxanaya düşüb. Girovu ödədikdən sonra 2022-ci ilin yanvarında azadlığa buraxılıb və bəraət alıb.
Semedo
Portuqaliyalı müdafiəçi adam öldürməyə cəhd, yaralama, hədələmə, qanunsuz həbs, qanunsuz silah saxlama və zorakılıqla oğurluq ittihamı ilə 142 gün həbsdə qaldıqdan sonra sərbəst buraxılıb.
Vinisius "Breno" Borqes
2011-ci ildə Breno sərxoş halda evini yandırıb və 3 il həbs cəzasına məhkum edilib.
Bruni Fernandes De Souza
Qapıçı sevgilisinin məhv olmasını istəyib. Gənc qadının cəsədi heç vaxt tapılmayıb və futbolçu 2013-cü ildə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Freddi Rinkon
"Real"in keçmiş futbolçusu Rinkon narkotik alverinə görə 123 sutka həbs edilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 7 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.
“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 6 minik və 1 yük avtomobili Xankəndidən Laçın istiqamətinə keçid edib.
Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 49 gündür davam edir.
Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Ucar rayonunun Müsüslü kəndində "Ford" markalı yük avtomobilinin mühərriki, kabinəsi və qismən ban hissəsi yanıb.
Fövqəladə Hallar Nazirliyindən Day.Az-a bildirilib ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Malayziya Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu kəskin şəkildə pisləyib.
Day.Az xəbər verir ki, bu barədə Malayziyanın Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
"Malayziya zorakılığın və terror aktlarının bütün formalarını rədd etməkdə öz qəti mövqeyini bir daha təsdiqləyir və bu mənfur hücumun günahkarlarının tezliklə məsuliyyətə cəlb edilməsinə çağırır.
Malayziya bu hadisə nəticəsində həlak olan şəxsin ailəsinə, eləcə də Azərbaycan Respublikasının hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir.
Malayziyanın Tehrandakı səfirliyi hadisələri yaxından izləyir və ən son təhlükəsizlik yeniləməsi üçün yerli hakimiyyət orqanları ilə fəal əlaqə saxlayır", - deyə açıqlamada bildirilir.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.
İtaliya Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib.
Day.Az xəbər verir ki, bu barədə şənbə günü İtaliya XİN-in "Twitter" səhifəsindəki paylaşımda deyilir.
"Hücum nəticəsində həlak olan şəxsin ailəsinə başsağlığı verir, yaralananlara şəfa diləyirik", - deyə paylaşımda bildirilir.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.
NATO Azərbaycanın İrandakı səfirliyinə dünənki hücumu pisləyir.
Day.Az xəbər verir ki, bu barədə özünün "Twitter" səhifəsində NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina yazıb.
"Diplomatik nümayəndəliklərə qarşı zorakılıq hərəkətləri qəbuledilməzdir. Mərhumun ailəsinə və Azərbaycan Xarici İşlər Nazirliyinə başsağlığı verirəm", - deyə X.Kolomina bildirib.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.
İranın Azərbaycandakı səfirliyinin binası ciddi şəkildə mühafizə olunur. Hətta polis əməkdaşları sözügedən binanın yerləşdiyi küçədə piyadaların hərəkətini məhdudlaşdırıb.
Avtosfer.az xəbər verir ki, bütün bunlar bir daha əminlik yaradır ki, İrandan fərqli olaraq Azərbaycanda səfirlik əməkdaşlarının təhlükəsizliyi yüksək səviyyədə təmin edilir.
“Xəzər Xəbər”in əməkdaşları mövzu ilə bağlı reportaj hazırlayıblar.
"Qarabağ"ın yaşamasında böyük xidmətləri olan Adil Nadirovun ölümündən 5 il ötür.
Nadirov ağdamlılar üçün önəmli fiqur olub. O, bu komandanın şərəfin futbolçu kimi qoruyub, baş məşqçi kimi rəhbərlik edib.
1987-ci ildə yenidən təsis etdiyi klubda uzun müddət əsas söz sahibi olub.
Müharibə illərində və onda sonrakı çətin günlərdə komandanın ayaqda qalması üçün şəxsi imkanlarını xərcləyib. Hətta öz maşınını satan "Qarabağ" fədaisi klubun yaşaması üçün neçə-neçə imkanlı şəxslərin qapısına gedib.
Bugünkü "Qarabağ"a görə azarkeşlər ilk öncə ona borcludur. Özünə 2018-ci ilin 28 yanvar tarixinə kimi sevimli komandasının xoş günlərini görmək qismət oldu.
Məhz 5 il əvvəl bu gün sabiq klub rəhbəri əbədiyyən gözlərini dünyaya yumdu.
İl dönümündə oğlu Kamil Nadirov atası ilə bağlı sosial şəbəkə hesabından post paylaşıb.
Hazırda "Qarabağ"da işləyən Kamil bəy postunda atasına rəhmət diləməklə bərabər, kimlərinsə bostanına daş atmağı da unutmayıb.
Daşın kimlərə tuşlandığını dəqiqləşdirə bilməsək də, yazılanları olduğu kimi sizə təqdim edirik:
"Sənin çörəyini yeyən şərəfsizlər bu gün sənin qədrini bilmir, ata. Amma hər şey öz yerini alacaq. Allah sənə rəhmət eləsin, "Qarabağ" futbol klubunu yaradan kişi".
XANOĞLAN / SPORTİNFO.AZ
İsrail Prezidenti başsağlığına görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.