Böyük Britaniya və müttəfiqləri Ukraynanın taxıl daşıyan yük gəmilərini müşayiət etmək üçün öz hərbi gəmilərini Qara dənizə göndərə bilər.
Bildirilir ki, yaxın həftələrdə Odessadan Bosfor boğazı vasitəsilə Ukrayna ərzaq məhsullarının ixracı üçün dəniz dəhlizi yaradıla bilər.
Nəşr diplomatik mənbəyə istinadən xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bu təşəbbüsü dəstəkləyir, lakin belə planın həyata keçirilməsi üçün çox güman ki, ABŞ-ın razılığı tələb olunacaq. Məlumata görə, təkcə Odessadan deyil, həm də Nikolayev limanından çıxan gəmilərin müşayiəti barədə danışmaq olar. Nəşr yazır ki, bu təklifi dəstəklərənlər koalisiyasına NATO ölkələri, həmçinin taxılın bahalaşmasının ciddi çətinliklər yaratdığı Misir daxil ola bilər.
Dünyanın bir çox ölkələrində meymunçiçəyi virusu yayılmaqdadır. Bu yeni infeksiya deyil, keçən əsrin sonundan başlayaraq Afrika qitəsində aşkarlanıb. Avropaya, Amerikaya, Afrikaya səyahət edən insanlar tərəfindən gətirilir.
Bu barədə Modern.az-a açıqlamasında Səhiyyə Nazirliyinin ekspert mütəxəssisi, baş infeksionist Təyyar Eyvazov deyib.
T.Eyvazov qeyd edib ki, hazırkı dövrdə infeksiya daha geniş yayılıb:
"Meymunçiçəyi virusu infeksiya mənşəli olsa da gəmiricilərdən, meymunlardan insanlara keçə bilər. İnsanların həmin heyvanlarla bioloji təması və ya həmin heyvanlarda müxtəlif səpgilər varsa, onlarla təması, heyvanlardan hazırlanmış, termiki işləmədən keçməyən qidalar vasitəsilə də keçə bilər. Virusun insandan insana keçməsi mümkündür. Dəri səpkilərinə təmas, toxunma, ifrizat, ağız suyu ilə təmas vasitəsilə yoluxma mümkündür. Ona görə də hava-damcı üsulu ilə də yoluxma ola bilər".
Baş infeksionist qeyd edib ki, insanların istifadə etdiyi geyimdən, yatdığı yataqdan kimsə istifadə edirsə, bu zaman da yoluxma halı ola bilər:
"Bunun koronavirus kimi geniş yayılma potenisalı yoxdur. Hər hansı ölkədə lokollaşmış şəkildə rast gəlinə bilər, sanitar tədbirlər yetərli olur ki, bu infeksiyanın yayılması aradan qaldırılsın. Hələlik Ümumdünya Səhiyyə Təşkilatının mövqeyi odur ki, yoluxanların sayı dünya üzrə çox azdır. Bu yoluxmalar da virusun qeyri-endemik regionlardan olduğu üçün bir qədər narahatlıq doğurur.
Virusun mutasiya edib-etmədiyi məsələsi araşdırılır. COVID-19-da da gördük ki, virus mutasiyaya uğrayır, onun keçicilik qabiliyyəti artır. Bu sözləri meymunçiçəyi üçün demirik".
Həkimin sözlərinə görə, yaxın günlərdə bu virusla bağlı tədqiqatlar məlum olacaq:
"Bu virus təbii çiçək xəstəliyinə yaxın olduğu üçün ona tətbiq olunan vaksinlər burda da güvənilirdi və 85% tədqiqat nəticələrinə görə meymunçiçəyindən də qoruyur. Bir sıra antiviral peraparatlar mövcuddur ki, onlar təbii çiçək xəstəliyində istifadə olunmayıb , amma kənarda tədqiqatları aparılıb.
ÜST-ün hesab edir ki, meymunçiçəyinin yayılma potensialı az olduğu üçün xüsusi tədbirlər görməyə ehtiyac yoxdur:
"Əgər ehtiyac olarsa, xüsusi tədbirlər paketi var, onlardan istifadə olunacaq. Azərbaycanda yoluxma halı qeydə alınmayıb və meymunçiçəyinə qarşı ilk addım olaraq əhalinin maarifləndirilməsidir".
Dövlət Gömrük Komitəsində Seneqal Respublikası Baş Gömrük İdarəsinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.
Komitədən Publika.az-a verilən məlumata görə, səfərdə məqsəd Azərbaycan gömrük orqanlarının əldə etdiyi qabaqcıl təcrübələri öyrənmək, eyni zamanda, potensialın gücləndirilməsi sahəsində əməkdaşlığı gücləndirməkdir.
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov iki ölkənin gömrük orqanları arasındakı əlaqələrdən məmnunluqla bəhs edib. Bildirilib ki, 2016-cı ildə gömrük əməkdaşlarının potensialının gücləndirilməsi sahəsində qarşılıqlı yardım haqqında sazişin imzalanmasında sonra tərəflər arasında əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkanlar yaranıb.
İsmayıl Hüseynov Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycan gömrük sistemində həyata keçirilən islahatlardan danışıb və tətbiq edilən yeniliklər hesabına bir sıra nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, ölkənin ixrac potensialının artırılması, beynəlxalq ticarətin asanlaşdırılması, tranzitin inkişaf etdirilməsi, sərhədkeçmə prosedurlarının sadələşdirilməsi istiqamətində gömrük orqanları tərəfindən bir sıra layihələr həyata keçirilir.
Azərbaycan gömrüyündə informasiya texnologiyalarının tətbiqinin genişləndirildiyini, bütün gömrük əməliyyatlarının elektron qaydada həyata keçirildiyini diqqətə çatdıran İsmayıl Hüseynov onu da bildirib ki, hədəf qısa zaman kəsiyində rəqəmsal gömrüyün formalaşdırılmasıdır. Həmçinin son illər həyata keçirilən “Yaşıl dəhliz”, “Bir pəncərə”, “e-növbə” və digər layihələrdən bəhs edilib, qaçaqmalçılıqla mübarizə, xüsusilə, nakotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması istiqamətində əldə edilən uğurlardan danışılıb.
İsmayıl Hüseynov beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verildiyini vuğulayıb, bu məqsədlə həyata keçirilən məqsədyönlü fəaliyyətin nəticəsi olaraq Azərbaycan gömrük xidmətinin 2 il müddətinə ÜGT-nin Avropa Regionuna rəhbərlik etdiyini, 2021-ci ildə isə təşkilatın Siyasi Komissiyasına üzv seçildiyini bildirib.
O da vurğulanıb ki, qabaqcıl təcrübələrin paylaşılması gömrük sisteminin inkişafı baxımından mühüm amildir və Azərbaycan gömrüyü bu istiqamətdə bütün çağırışları dəstəkləyir.
Seneqal Respublikası Baş Gömrük İdarəsinin gömrük əməliyyatları üzrə direktoru Mbaye Ndiaye iki ölkənin gömrük orqanları arasındakı əməkdaşlıqdan məmnunluqla bəhs edib və qarşılıqlı münasibətlərin daha da gücləndiriləcəyinə ümidvar olduğunu bildirib.
Təmsil etdiyi qurumun fəaliyyəti, ölkəmizə səfərin önəmi barədə danışan Mbaye Ndiaye Azərbaycan gömrüyünün əldə etdiyi qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqində maraqlı olduqlarını diqqətə çatdırıb.
Sonda Azərbaycan gömrüyünü fəaliyyəti, tətbiq edilən yeniliklər barədə təqdimat nümayiş etdirilib, qonaqları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Səfər çərçivəsində Seneqal gömrüyünün əməkdaşları ərazi və ixtisaslaşmış gömrük orqanlarında tətbiq edilən yeniliklər və layihələrlə əyani şəkildə tanış olacaqlar.
"İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azəbaycan oturduğu bütün diplomatik masalarda qalib və diqtə edən tərəfdir" - DEPUTAT
"Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən sonuncu görüşü Azərbaycanın diplomatik müstəvidə növbəti qələbəsi kimi də qiymətləndirmək olar".
Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin mayın 23-də "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında" imzaladığı sərəncama baxan zaman görərik ki, Azərbaycanın yaratdığı komissiyanın tərkibi daha genişdir:
"Bu bir daha onu deməyə əsas verir ki, rəsmi Bakı sərhədlərə dair bir qarış torpağı belə, nə su resurslarını, nə meşə ərazilərini, cüzi də olsa, verib güzəştə getməyəcək.
44 günlük Vətən müharibəsindən öncə də cənab Prezident keçirilən bütün beynəlxalq tədbirlərdə Azərbaycanın torpaqlarının bir qarışını belə, güzəştə getməyəcəyini qeyd edib. Cənab Prezidentin mayın 23-də imzaladığı sərəncam bunu bir daha sübut etdi.
Deputat vurğulayıb ki, artıq Nikol Paşinyan da daxil olmaqla, Ermənistan hakimiyyəti yaxşı anlayır ki, 90-cı illərin əvvəllərindən fərqli olaraq, Azərbaycan güclü və qüdrətlidir:
"Məhz buna görə də Nikol Paşinyanın fərmanı ilə yaradılan komissiyanın tərkibi Ermənistanla dövlət sərhədinin bütün istiqamətləri üzrə detallı plan hazırlayacaq və delimitasiya Azərbaycan tərəfinin şərtləri əsasında aparılacaq. Ən önəmlisi isə odur ki, Qazaxın yeddi kəndi və Naxçıvandakı Kərki kəndi də delimitasiya prosesi çərçivəsində Azərbaycana qaytarılacaq, sərhədboyu yerləşən bəzi hissələr Azərbaycanın ərazisi kimi rəsmiləşdiriləcək.
Bundan əlavə, Zəngəzur dəhlizinin açılması ilə sərhədlərin delimitasiyası paralel aparılacaq. Yəni Zəngəzur dəhlizi sərhədlərin müəyyənləşməsi kontekstinin içərisinə salınacaq. Bununla da Ermənistan üçün böyükmiqyaslı təxribatlara heç bir "ayaq yeri" qalmır.
Aysel Yusifqızı
Bakıda şadlıq saraylarında keyfiyyət düşüb, qiymətlər bahalaşıb
Bakıda şadlıq saraylarında qiymətlər orta hesabla 6 faiz bahalaşıb.
Mərkəzin aprel və mayın ilk yarısı üçün apardığı monitorinqlərə əsasən, sözügedən müddətdə şadlıq saraylarında sifarişlərin sayı 72% azalıb. Bu, Ramazan ayında və daha sonra may ayında toyların sayının kəskin azalması ilə əlaqələndirilir.
Eyni zamanda qeyd olunan müddətdə qiymət və keyfiyyət üzrə monitorinq aparılıb. CESD-in monitorinqinə görə, aprel və mayın birinci yarısında toy və şənliklərin sayının azalmasına baxmayaraq, menyuların qiyməti orta hesabla 6 faiz bahalaşıb. 40 manatadək olan menyularda qiymət artımları 4 faiz, 40-80 manat arasındakı menyularda 6 faiz, 80 manatdan yüksək qiymət təklif edilən menyularda isə artım 8 faiz olub.
Eyni zamanda, monitorinqlər zamanı xidmət keyfiyyətinin azalması müşahidə edilib. Belə ki, ötən müddətdə personalın sayında müşahidə edilən azalma xidmətin keyfiyyətinin aşağı düşməsinə səbəb olub.
Bakıda bu küçələrin adları dəyişdiriləcək
Bakının adları qəribə olan küçələri, yeni salınan və adsız məhəllələri haqqında araşdırma aparılır. Həmin küçələrin adları dəyişdiriləcək, bundan əlavə, yeni küçələrə adlar veriləcək.
Modern.az-ın əldə etdiyi məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində yeni formalaşdırılan küçə adları ilə bağlı Komissiya bu istiqamətdə aktiv iş aparır. Ümumi qərara əsasən, bir çox küçələrə şəhidlərin, Milli Qəhrəmanların, görkəmli şəxsiyyətlərin adları veriləcək.
Komissiyanın sədr müavini Elmin İmanov sorğumuza cavab olaraq bildirib ki, artıq adları dəyişdiriləcək küçələrin, yeni məhəllələrin siyahısı hazırlanıb. Onun sözlərinə görə, pasportlaşdırma mərhələsində Bakı rayonlarının icra başçılarının müavinləri də iştirak edirlər.
Qeyd edək ki, bir müddət əvvəl Modern.az saytı Bakıdakı qəribə küçə adları ilə bağlı siyahı yaymışdı. Binəqədi rayonunda yerləşən "Keçid məhəllə", "Vtorçermet - Yusifzadə", "Rezervuar", "İzlivnoy", "Stroydetal", "2-ci dəmiryol küçəsi", "3-cü dəmiryol küçəsi", "1-ci - 15 ci sıra küçələri", "Vorovski", "Xutor", Yasamal rayonu ərazisindəki "7-ci Sallaqxana", Nəsimi rayonunda yerləşən "22-ci dairə", "Kərpic", "7-ci Sverdlov", "Todorski", "Droqal" küçələri, "İnşaatçılar" prospekti və s. kimi küçələr həmin siyahıda yer almışdı.
Bu ilin aprel ayında isə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən paytaxtdakı küçə və prospektlərin inventarlaşdırılması, onlara adların verilməsi və dəyişdirilməsi ilə bağlı Komissiya yaradılıb. Komissiyaya adları çəkilən və digər küçələrin də yer aldığı siyahı təqdim olunub.
Visiontv.az xəbər verir ki, bu qərar Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci iclası və turizm üzrə işçi qrupunun 17-ci iclasında qəbul edilib.
APA
Mayın 20-22-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində Gənclər və İdman Nazirliyi və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə Kikboksinq üzrə kişilər və qadınlar arasında XXVI Azərbaycan çempionatı keçirilib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Lent.az-a verilən məlumata görə, çempionatda 42 komandadan 200-ə yaxın idmançı kikboksinqin “full contact” və “low kick” növləri üzrə mübarizə aparıb.
Yarışda FHN-in kikboksinq üzrə kişilərdən ibarət 6 nəfərlik yığma komandası İdman-sağlamlıq klubunun kikboksinq üzrə məşqçi müəllimi Elşən İsayevin rəhbərliyi altında yüksək nəticələr əldə ediblər. Çempionatda “Full contact” növündə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı kiçik gizir Camal Məmmədov 54 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medala layiq görülüb.
Bundan başqa, “full contact” növü üzrə İdman-sağlamlıq klubunun üzvləri 71 kq çəki dərəcəsində Ayxan Həsənov, “low kick” növü üzrə isə 60 kq çəki dərəcəsində Sadiq Nəhmədli və FHN Akademiyasının kursantı 81 kq çəki dərəcəsində İlqar Zeynallı yarışın bürünc medalının sahibi olublar. Qaliblərə Gənclər və İdman Nazirliyinin medal və diplomları təqdim olunub.
Qeyd edək ki, Camal Məmmədov 2 qat Azərbaycan çempionu, Dünya çempionatının gümüş mükafatçısı olmaqla yanaşı bu ilin avqust ayında Türkiyənin Konya şəhərində keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunlarına lisenziya qazanıb.
Mayın 24-də FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev çempionatda uğur qazanmış idmançılar və məşqçi müəllimlə görüşüb, onları əldə etdikləri nailiyyətlərə görə təbrik edərək, gələcək yarışlarda uğurlar arzulayıb.
Rusiyanın Ukraynada işğal etdiyi ərazilər ölkənin 20 %-ni təşkil edir.
Nəşrin məlumatına görə, hazırda Ukrayna təqribən 125 min kvadrat kilometr ərazisi Rusiya işğalı altındadır. Bunlar Donetsk, Luqansk, Xarkov, Xerson, Zaporojye vilayətlərinin hissələri və Krım yarımadasıdır.
Bildirilib ki, fevralın 23-dək zəbt edilmiş ərazilər ölkənin 7 %-ni təşkil edirdi.
Eyni zamanda nəşr Rusiyanın hərbi texnika itkilərini də hesablayıb – 13 milyard dollar. Bunlardan 6 milyard dollar təyyarə və helikopter, 4 milyard dollar tank və zirehli döyüş maşını, 1 milyard dollar gəmi və katerlər, 2 milyard digər texnikalar olub. Vurğulanıb ki, Rusiya qüvvələrinin itirdiyi ən bahalı texnikalar “Moskva” kreyseri (750 milyon dollar), “İl-76” təyyarəsi (86 milyon dollar) və “Saratov” desant gəmisi (75 milyon dollar) olub.
Qeyd edək ki, Ukraynanın sahəsi 603 548 kvadratkilometrdir.
Xatırladaq ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib.
Daha sonra 2020-ci ilin sonundan başlayaraq Ukrayna və Rusiya arasında münasibətlər daha da gərginləşməyə başlayıb, Donbasda təmas xəttində atəşkəsin pozulması mütəmadi xarakter alıb. ABŞ başda olmaqla Ukraynanın müttəfiqləri hərbi və maliyyə cəhətdən rəsmi Kiyevə yardım etsə də, münaqişəyə birbaşa müdaxilə etməyəcəklərini vurğulayıblar.
2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.
2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın “denasifikasiya və demilitarizasiyası” (nasizm ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk “respublikalarının ərazi bütövlüyünün” təmin olunması məqsədilə ölkəyə şərq, cənub (Krım) və şimal (Belarus) istiqamətlərdən hücuma başlayıb. Rusiyada “xüsusi hərbi əməliyyat” adlanan bu müharibədə indiyədək Ukraynanın bir sıra şəhərləri, o cümlədən Xerson, Melitopol şəhərləri işğal edilib. Minlərlə dinc sakin həlak olub, milyonlarla insan yurdlarından didərgin salınıb. Müharibənin ilk günlərindən Qərb Rusiyaya qarşı ən sərt iqtisadi sanksiyaları işə salıb. Nəticədə ölkənin milli valyutası rubl çöküş yaşayır. Bu sanksiyalar ilk dəfə olaraq humanitar sahələrə də toxunub.
Bundan başqa, Beynəlxalq Cinayət Məhkəməsində (Haaqa) Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə əlaqədar insanlığa qarşı cinayətlərin araşdırılmasına başlayıb.
Qeyd edək ki, Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən Milli.Az-a verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 32 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma, 1 intihara cəhd və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 5-i azyaşlı olmaqla 10 nəfər, o cümlədən Bakı şəhərinin Nəsimi rayonunda yaşayış binasının pəncərəsinə çıxaraq intihar etmək istəyən 1 nəfər və Bakı şəhərinin Qaradağ rayonunda "Scania" markalı qoşqulu yük avtomobilinin yol kənarına aşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan 1 nəfər xilas edilib.
Milli.Az